logo khamenei

Xəbər

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah əl- Üzma Seyyid Əli Hüseyni Xameneinin şəhadəti ilə bağlı bəyanat

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah əl- Üzma Seyyid Əli Hüseyni Xameneinin şəhadəti ilə bağlı bəyanat

Bağışlayan və mehriban Allahın adı ilə

Həqiqətən, biz Allaha məxsusuq və yalnız ona tərəf qayıdacağıq.

İranın böyük xalqı!

İranın böyük xalqının rəhbəri və İslam ümmətinin öncülü olan Həzrət İmam Xameneinin uca ruhu mübarək Ramazan ayında şəhadətin şirin şərbətini içərək mələkut (mələklər) aləminə qovuşdu.

Bu barədə Ali Milli Təhlükəsizlik Şurası aşağıdakı bəyanatı yaymışdır:

Bağışlayan və mehriban Allahın adı ilə

İranın böyük xalqının, dünya azadlıqsevərlərinin və İslam ümmətinin rəhbəri Həzrət İmam Xamenei (Allah onun pak ruhunu müqəddəs qərar versin) uca mələkut aləminə qovuşdu, öz qədim arzusuna çatdı və babası İmam Əliyə (əleyhissalam) iqtida edərək mübarək Ramazan ayında “Kəbənin Rəbbinə and olsun ki, nicata çatdım” səmavi nidasi ilə müqəddəs İlahi dərgaha yetişdi və bu mübarək ayda şəhadətin şirin şərbətini içdi.

Bu gün dözümlü İran xalqı, İslam ümməti və dünya azadlıqsevərləri cinayətkar Amerika və xəbis sionistlərin şər yaradan hücumları səbəbilə matəmdədirlər. Lakin qaniçən düşmənlər və beynəlxalq zalımlar bilsinlər ki, dünyanın oyaq vicdanlı insanları öz yollarını tapmışlar. Bu şəhadətlər hər nə qədər xalqımız və İslam millətləri üçün ağır olsa da, onları daha da möhkəmləndirir və qətiyyətli edir. Şübhəsiz ki, o əzəmətli şəxsiyyətin şəhadəti dünya zalımlarına qarşı mübarizədə böyük bir hərəkatın başlanğıcı olacaqdır.

“Salam olsun ona, doğulduğu gün, vəfat etdiyi gün və yenidən dirildiləcəyi gün!”

Ali Milli Təhlükəsizlik Şurası

Mar. 1, 2026

gallery item 4444.png